Finss.az - 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycana 16 634 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
Bu məhsulların ümumi dəyəri 113 milyon 649 min dollar təşkil edib.
Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, 2024-cü ilin eyni dövründə idxal olunan kərə yağı və süddən hazırlanmış digər yağların həcmi 16 057 ton, dəyəri isə 85 milyon 311 min dollar olub.
Beləliklə, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı miqdar baxımından 4%, dəyər baxımından isə 33% artım göstərib. Hesabat dövründə bu məhsulların ümumi idxalda payı 0.83% təşkil edib.
Eləcədə bax: Məşğulluğa dəstək layihəsi çərçivəsində 24 mindən çox şəxs kiçik biznes qurub